Tərcüməçilər nə üzərində işləyirÜzərində işlədiyiniz işi tanıtmaq üçün işiniz barədə məlumatlar paylaşın və layihə tarixçənizi vaxtaşırı izləyin. Bu xüsusiyyəti müzakirə edin.
Hazırda hansı tərcümə layihəsi üzərində işləyirsiniz?
"Nə üzərində işləyirəm" xüsusiyyəti nədir?"Nə üzərində işləyirəm" xüsusiyyəti tərcüməçilərin hazırda üzərində işlədikləri layihələrin təsvirlərini digər tərcüməçilər ilə paylaşması üçün ProZ.com tərəfindən təmin edilən yeni xidmətdir. Niyə bir tərcüməçi başqalarına hansı növ işlə məşğul olduğunu bildirmək istəyir?Sosial və şəbəkələşmə məqsədləri üçün ola bilər. Yaxud da böyük ehtimalla, özlərinin istinad etməsi və ya başqalarını hansı növ işlər gördüklərindən xəbərdar etmək üçün işlədikləri layihələrin tarixçəsini qeyd etmək məqsədilə. "Nə üzərində işləyirəm" vasitəsilə paylaşmaq üçün hansı növ material uyğundur?"Nə üzərində işləyirəm" xüsusiyyəti məhz üzərində işlədiyiniz layihələr haqqında məlumat paylaşmaq üçün təmin edilib. Üzvlərdən üzərində işlədikləri layihələrlə əlaqədar olmayan paylaşımlar etməkdən çəkinmələri xahiş olunur. Məsələn faktura, marketinq və s. kimi dəstəkləyici material haqqında nə deyə bilərsiniz? Bu cür məlumatlar da paylaşım üçün uyğundur?Elə də yox. Bu xüsusiyyət yalnız faktiki olaraq üzərində işlədiyiniz yazılı tərcümə (və ya şifahi tərcümə) layihələri haqqında paylaşım və qeyd məlumatları üçün nəzərdə tutulub. "Nə üzərində işləyirəm" paylaşımlarında bəzi terminlər ilə rastlaşıram. Bu terminlər nədir?Tərcüməçilərin "Nə üzərində işləyirəm" paylaşımlarına "nümunə terminlər" əlavə etmək seçimi var. Bu, gördükləri iş haqqında başqalarında təəssürat yaratmaqlarına kömək edir. "Nə üzərində işləyirəm" paylaşımları harada görünür?"İctimai" rejimdə edilmiş "Nə üzərində işləyirəm" paylaşımlarına ProZ.com-un xüsusi sahələrində, ProZ.com mobil tətbiqində, TM-Town və başqa yerlərdə baxmaq olar. Göstərilməkdən əlavə, "Nə üzərində işləyirəm" paylaşımları necəsə istifadə edilir?ProZ.com kataloqundan istifadə edən autsorserlər ictimai "Nə üzərində işləyirəm" paylaşımlarındakı açar sözlər vasitəsilə tərcüməçiləri axtara bilərlər. Kataloq istifadəçiləri də axtarış nəticələrini ötən 30/90/və s. gün ərzində üzərində işlədikləri layihələr haqqında məlumat vermək məqsədilə "Nə üzərində işləyirəm" xüsusiyyətindən istifadə etmiş tərcüməçilər üçün məhdudlaşdıra bilərlər. Başqaları "Nə üzərində işləyirəm" paylaşımlarına reaksiya bildirə bilər?Cavab daxil etmək, eləcə də əlçatan reaksiyaların ("Əla", "Bunun üzərində işləyirəm") birindən istifadə etmək mümkündür. Profil səhifələri vasitəsilə forum üzvləri ilə ayrıca əlaqə saxlamaq da olar. Niyə kimsə "Nə üzərində işləyirəm" paylaşımı edən şəxs ilə əlaqə saxlamaq istəyir?Məsələn, müştəri profilinizlə tərcüməçi axtara və təsvir etdiyiniz növ işlə maraqlana bilər. Eynilə, tərcüməçi həmkarınız bu növ layihə üçün faydalı resurs təklif edə, müvafiq təcrübə və fikir mübadiləsi edə bilər və s. "Nə üzərində işləyirəm" paylaşımını kimlər edə bilər?ProZ.com vasitəsilə yalnız tam peşəkar ProZ.com üzvləri paylaşım edə bilər. TM-Town üzvləri TM-Town vasitəsilə paylaşım edə bilər. Translators without Borders könüllüləri Translators without Borders tərcümə mərkəzi platforması vasitəsilə paylaşım edə bilər. ProZ.com mobil tətbiqi, eləcə də API tərəfdaşları (məsələn, CafeTran) vasitəsilə də paylaşım etmək mümkündür. Üzv olmayanlar bu xüsusiyyətdən necəsə faydalana bilər?Üzv olmayanlar başqalarının paylaşımlarını oxuya və reaksiya bildirə bilərlər. Hansı növ layihələr "Nə üzərində işləyirəm" daxilolması vasitəsilə qeyd etmək üçün uyğundur?Sözün əsl mənasında istənilən tərcümə layihəsi. Layihə nə qədər maraqlı və ya çətin olsa, onu paylaşmaq o qədər maraqlı olar. Məxfi məlumatlar haqqında nə deyə bilərsiniz?Məxfi məlumatları paylaşmaq olmaz. "Nə üzərində işləyirəm" paylaşımlarına nəzarət edilir?Bəli. Uyğunsuz paylaşımlar, yaxud yazılı və ya şifahi tərcümə ilə əlaqədar olmayan paylaşımlar silinə bilər. "Nə üzərində işləyirəm" vasitəsilə nəsə paylaşsam, kimlər görə bilər?"Nə üzərində işləyirəm" vasitəsilə layihə qeyd etdiyiniz zaman paylaşımın ictimai və ya məxfi olmasını seçə bilərsiniz. Məxfi paylaşımları yalnız siz görə bilərsiniz (ona görə də bunun əsas məqsədi şəxsi qeydlərinizi aparmaqdır.) "Nə üzərində işləyirəm" daxilolmasından şəxsi qeydlər aparmaq üçün necə istifadə edə bilərəm?"Nə üzərində işləyirəm" daxilolmasından yalnız qeyd aparmaq məqsədilə istifadə etmək üçün "məxfi" paylaşım parametrini seçin. Əvvəllər gördüyünüz işləri xatırlamaq üçün layihələrin siyahısına baxa biləcəksiniz. "Nə üzərində işləyirəm" xüsusiyyətindən istifadə etmək üçün hara keçməliyəm?"Nə üzərində işləyirəm" paylaşımlarını ProZ.com, ProZ.com mobil tətbiqi, eləcə də TM-Town vasitəsilə edə və oxuya bilərsiniz. |